Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında mübarizə aparacaq

Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında mübarizə aparacaq

Oktyabrın 12-də Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları start götürüb.

Sport7.az xəbər verir ki, oyunlar çərçivəsində çimərlik güləşi üzrə yarış oktyabrın 14-15-də keçiriləcək. Oyunlarda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Oktyabrın 14-də Pənah və Kənan, ertəsi gün isə İbrahimlə Oyan qələbə uğrunda mübarizə aparacaq.

Reqlamentə əsasən hər çəkidə iştirakçılar əvvəlcə 2 qrupa bölünür. Hər qrupda ilk iki yeri tutan güləşçi yarımfinala vəsiqə qazanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR