Güləşçilərimiz İrana yollanır

Güləşçilərimiz İrana yollanır
Martın 1-2-də İranın Mazandaran vilayətinin Behşəhr şəhərində güləş üzrə Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək.

Sport7.az xəbər verir ki, gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri turnirdə iştirak edəcəklər.

Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçimiz qonşu ölkəyə yollanıb. Heyətdə Əsgər Məmmədəliyev (57 kq), Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Davud İbrahimov (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmayev (97 kq) və Rahid Həmidli (125 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edəcək.
 
Sport7.az

Xəbər lenti