Güləşçilərimiz Xasavyurtda yarışacaq

Güləşçilərimiz Xasavyurtda yarışacaq
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə "Continental Cup” turniri keçiriləcək.
 
Sport7.az xəbər verir ki, yarış noyabrın 16-dan 18-dək olacaq.

Ölkəmizi bu yarışda məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Mircəlal Həsənzadə, İslam Bazarqanov, Əliabbas Rzazadə (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Gitinoməhəmməd Hacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 70 kq), Coşqun Əzimov (74 kq), Elçin Məmmədov, Ravil Babazadə, Abdulmuslim Məmmədov (hamısı 79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədhacı Xatıyev, Cavid Sadıqov (hər ikisi 92 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcək.

II dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev turnirdə ədaləti qoruyacaq.
 
Sport7.az

Xəbər lenti