Güləşçilərimiz Yakutskda dörd medal qazandı

Güləşçilərimiz Yakutskda dörd medal qazandı

Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.

Sport7.az xəbər verir ki, ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən pəhləvanlarımızdan dördü fəxri kürsüyə qalxıb. Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıb.

Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR