Güləşçilərimizdən Ukraynada 1 qızıl , 2 bürünc

Güləşçilərimizdən Ukraynada 1 qızıl , 2 bürünc

Azərbaycan sərbəst güləşçisi Əli Rəhimzadə Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda qızıl medal qazanıb.

Sport7.az xəbər verir ki,65 kq çəki dərəcəsində mübarizə aparan Rəhimzadə finalda qırğızıstanlı Ernazar Axmataliyevə qalib gəlib - 5:4.
 
65 kq-da mübarizə aparan Turan Bayramov Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib. Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb. Turan 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana da qalib gəlmişdi. 
 
Qadınların mübarizəsində Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 

Beləliklə, Azərbaycan pəhləvanları günü 1 qızıl, 2 bürünc medalla başa vurublar. Bürünc medallara 65 kq çəkidə sərbəst güləşçi Turan Bayramov və 50 kq çəkidə sərbəst güləşçi Türkan Nəsirova sahib çıxıb.

Daha əvvəl Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Hacıyev (70 kq) finala yüksəlib. Həlledici görüşlər bu gün  baş tutacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR