Güləşçimiz çempion oldu - "Bakı-2017"

Güləşçimiz çempion oldu -
IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi yarışlarında Azərbaycan millisinin aktivinə sonuncu qızıl medalı 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov yazdırıb.

Sport7.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyunda İslam Abbasov Türkiyə təmsilçisi Ali Cengizi 3:1 hesabı ilə məğlub edib.

Bu çəki dərəcəsində bürünc medallara qırğızıstanlı Azat Bişebekov və iranlı Mahdi Fallah Hamidabadi layiq görülüblər.
 
Sport7.az

Xəbər lenti