Güləşçimiz Çində finala yüksəldi

Güləşçimiz Çində finala yüksəldi

Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarında Həsən Əliyev (77 kq) finala yüksəlib.
 
Sport7.az xəbər verir ki, Yunan-Roma güləşçimiz əvvəlcə erməni Varujan Qriqoryana gücünü göstərib - 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib - 7:1.

Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib.
 
Həsən bir neçə saatdan sonra finalda iranlı Peyman Poştamla qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR