Güləşçimiz qızıl medal qazandı

Güləşçimiz qızıl medal qazandı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.
 
Sport7.az xəbər verir ki, yarışın 7-ci – sonuncu günündə Azərbaycan millisi daha iki medal qazanıb.

86 kq çəkidə Murad Süleymanov bürünc medal uğrunda mübarizə aparıb və rəqibinə qalib gələrək, 3-cü yeri tutub. 92 kq-da isə təmsilçimiz Şamil Zubairov final görüşünə çıxıb. Rusiyalı rəqibinə qalib gələn pəhləvanımız dünya çempionu olub.

Beləliklə, yığmamız dünya çempionatını 1 qızıl, 4 gümüş və 2 bürünc medalla başa vurub.
 
Sport7.az

Xəbər lenti