Güloğlan Cabbarovdan sərt tənqid:

Güloğlan Cabbarovdan sərt tənqid: "Boks Federasiyası gənclərimizin qarşısını alır"

"Neftçi"nin sabiq İdman Direktoru, hazırda isə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışan Güloğlan Cabbarov Minskdə keçirilən 2-ci Avropa Oyunlarında boksçularımız Alfonso Dominges və Lorenzo Sotomayorun çıxışlarına toxunub.

Sport7.az xəbər verir ki, Cabbarov yerli boksçuların qarşısının alınmasında Azərbaycan Boks Federasiyasının rəhbərliyini tənqid edib. O şəxsi "feysbuk" səhifəsində bunları yazıb: "Dostlar, danışmaq istəmirəm, amma olmur. İdman bizim həyatımızdı. Deməli kubalıları bu il bizim boksçular "eşşək sudan dönənə qədər" çırpdılar. Hər ikisini nakaut etdilər. Ölkəmiz adından Rus, Ukrayna, Belarus, Dağıstan idmançılarını başa düşürəm. Çünki bizim də azərbaycanlılar var ki, bu ölkələri təmsil edib yüksək pillələrə qalxırlar. O ölkələrin idmanını zirvələrə daşıyırlar. Bu qarabalaların adları belə bizim millətin yadında qalmır. Kürdəmirli, qazaxlı, naxçıvanlı, tovuzlu, gəncəli, gədəbəyli, digər ucqar rayonlarımızda yaşayan yaşlı nənə və babalarımız da idmanı izləyir, xeyir-dua verir. Onlar Alfonso, Rodrigers, Sotomayor adlı qarabalalara necə "afərin" deyib, alqış etsinlər? Bu hansı məntiqə sığır? Boks Federasiyası gənclərimizin qarşısını alır. Özüm də 2 il boks yığmasının üzvü olmuşam. Rusiyada keçirilən Beynəlxalq yarışda çempion, boks üzrə hərbçilər arasında çempionatın isə iştirakçısı olmuşam. Deməyim odu ki, gəlin Azərbaycan boksçularına sahib çıxaq, onların haqlarını müdafiə edək. Yalnız bu şəkildə Azərbaycan boksçularından uğur görmək olar. Gənclərimizi əzməklə, ordan-burdan, okeanın digər tayından idmançı gətirməklə heç vaxt Azərbaycan boksu irəli getməyəcək. Bu belə bilinməlidi. Allaha əmanət olun dostlar!"

Minskdəki yarışda ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən Dominges finalda böyük britaniyalı Bencamin Vittakerlə görüşüb və 3:2 hesablı qələbə qazanaraq qızıl medalı boynyndan asıb.
 
69 kq dərəcəsəində yarışan Lorenzo Sotomayor isə yarımfinalda uduzaraq üçüncü olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR