"Günahkar mənəm" - Elşad Əhmədov

"Oyun haqda danışmaq çətindir. "Qəbələ" bizdən yaxşı oynadı".

Sport7.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın IV turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib futbolçular daha istəkli olub: "Bizdə bəzi oyunçulara tapşırıqları 2-3 dəfə təkrarlasaq da, icra edə bilmədilər. İkinci hissənin əvvəlində buraxdığımız qol bizi çətin vəziyyətə saldı. İrəlidə qol vura biləcək adama ehtiyacımız var"

"Sabah" 4 turdan sonra 2 xalla son pillədə qərarlaşıb. E. Əhmədov bildirib ki, postunu tərk edib-etməyəcəyinə rəhbərlik qərar verəcək: 

"Rəhbərlik nə qərar versə, buna riayət edəcəyik. Bu məsələni rəhbərliklə danışacağıq. Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm. Demək ki, nəyisə düz etmirik. Məşqçi heyəti ilə futbolçular arasında heç bir problem yoxdur. Hər şey rəhbərliyin qərarından aslıdır". (Report)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR