Gündəmdə yenə Arda Turan: Hara gedir?

Gündəmdə yenə Arda Turan: Hara gedir?
Arda Turanın "Barselona"dan ayrılacağı yenə gündəm olub.
 
Sport7.az xəbər verir ki, onun klubunu qış transfer pəncərəsi dövründə dəyişəcəyi iddia edilir. 
 
Bu barəsə "AS" məlumat yayıb. Türk futbolçunun "Arsenal"a keçəcəyi qeyd olunub. 

Xəbərə görə, iki klub arasında danışıqlara start verilib. Kataloniya təmsilçisinin bş məşqçisi Ernesto Valverdenin əsas heyətdə düşünmədiyi 30 yaşlı oyunçunu satmağa razılıq verəcəyi bildirilib.

Qeyd edək ki, A.Turanın "Barsa" ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, bu mövsüm heç bir matçda oynamayıb.
 
Sport7.az

Xəbər lenti