Günəş TFF prezidenti ilə bərbərxanada görüşüb

Günəş TFF prezidenti ilə bərbərxanada görüşüb

"Beşiktaş”ın baş məşqçisi Şenol Günəş milli komandaya rəhbərlik etmək ehtimalından danışıb.

Sport7.az xəbər verir ki, Günəş "Bursaspor”la oyunda sonra jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörəndən belə bir təklif alıb:

"Dəmirörənlə bərbərxanada rastlaşdıq. Mənim saç düzümümü bəyənmirdilər, ona görə də bərbərimi dəyişmişəm. Bərbərə dedim ki, Şahmuz, başımın içi yaxşıdı, amma çölünü bəyənmirlər. Bu yaxınlarda bərbərə getdim. Gördüm ki, Yıldırım bəy də ordadı. Bərbərə əsəbləşdim ki, niyə məni xəbərdar etməyib. Mənə milli komandayla bağlı fikirlərini söylədi. Mən də dedim ki, "Beşiktaş”la müqaviləm var, Fikrət Ormanla danışmalıyam”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR