Gürcü qapıçı meydanda öldü

Gürcü qapıçı meydanda öldü
Gürcüstanın "Zuqdidi" klubunun qapıçısı Şota Maminaşvili "VİT-Corciya" ilə ölkə çempionatı matçından əvvəl məşq zamanı həyatını itirib.
 
Sport7.az xəbər verir ki, 31 yaşlı qolkiper stadiondan aparıldığı xəstəxanada dünyasını dəyişib.
Msxeti şəhərində keçirilməli olan oyun faciəvi hadisə ilə əlaqədar təxirə salınıb.
 
Şota Maminaşvili karyerasının böyük hissəsini Batumi "Dinamo"sunda keçirib. O, "Zuqdidi"yə cari mövsümün əvvəllərində keçib. (Report)

Xəbər lenti