Gürcülər Portuqaliyanın erməniləri yenməsinə necə kömək edib?

Gürcülər Portuqaliyanın erməniləri yenməsinə necə kömək edib?

Dünən axşam İrəvanda baş tutan Ermənistan və Portuqaliyə millilərinin qarşılaşması qonaqların 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

Sport7.az
xəbər verir ki, görüşdə hesabı "dığalar" açıb. Pizellinin 14-cü dəqiqədə yerinə yetirdiyi cərimə zərbəsi qarşısıalınmaz olub. Daha sonra səhnəyə Ronaldo çıxıb. "Real"ın "ulduzu" 29, 55 və 58-ci dəqiqədə üç qol vurmaqla het-triki rəzmiləşdirib. Az sonra azlıqda qalan qonaqlar qapılarında daha bir top görsələr də, qələbə hesabını qoruya biliblər.

Ən maraqlısı odu ki, Portuqaliya millisi erməniləri məğlub etməkdən ötrü gürcülərdin yardımından istifadə edib. İki ölkənin futbol federasiyaları arasında yaxşı münasibətlərin olduğu məlum məsələdi. Belədə Portuqaliyanın futbol funksionerləri gürcü həmkarlarıyla danışıqlar aparıb və Ronaldonun da yer aldığı milli komanda Tiflisə oyundan 4 gün əvvəl gəlib. Hazırlıqlara Gürcüstan paytaxtında davam edən "Avropanın braziliyalıları" bununla da yerli iqlimə və saat fərqinə uyğunlaşıblar. Belə ki, İrəvanla Tiflis bir-birinə yaxın coğrafiyada yerləşdiyindən oxşar iqlimə malikdilər. Bu isə futbolçuların qarşılaşmaya daha yaxşı hazırlaşmasına və meydanda özlərini yaxşı hiss etməsinə təsirsiz ötüşməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR