Gürcüstan zəfəri FOTOLARDA

Gürcüstan zəfəri FOTOLARDA
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ” səfərdə "Samtredia”nın qonağı olub.
 
Boris Payçadze adına stadionda baş tutan qarşılaşma saat 21:00-da start götürüb. Oyuna sürətli başlayan ağdamlılar matçın 22-ci dəqiqəsində hesabı açıb. Donald Geryenin yerinə yetirdiyi cərimə zərbəsi qarşısıalınmaz olub. İlk hissədə bu hesabla başa çatıb. İkinci hissədə hər iki komanda fərqlənmək üçün epizodlar yaratsa da, qarşılaşmada hesab dəyişməyib. Beləliklə "Qarabağ" hər iki oyunun nəticəsinə görə (ilk oyun 5:0) ardıcıl dördüncü dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Komandanın bu mərhələdəki rəqibi sabah baş tutacaq "Kukesi” (Albaniya) – "Şerif” (Moldova) cütünün qalibi olacaq.
 
Sport7.az "Samtredia" ilə oyundan şəkilləri təqdim edir:
 





















 
Sport7.az

Xəbər lenti