Gürcüstanlı hücumçu "Qəbələ"də - RƏSMİ

Gürcüstanlı hücumçu
Gürcüstanlı hücumçu Davit Volkovinin "Qəbələ"yə keçidi rəsmiləşib.
 
Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” bu gün 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıy.

Son klubu "Saburtalo” olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda "Qaqra” (2012-2013), Tbilisi "Dinamo”su (2013-2016), həmçinin icarə əsasında oynadığı "Dinamo-2” (2013-2015), "Çixura” (2016) və "Sioni”də (2016) çıxış edib. Davit 2017-ci ildə Serbiyanın "Zemun” klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, "Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.
 
Sport7.az

Xəbər lenti