Gözü çox yüksəklərdə

Gözü çox yüksəklərdə

Avropa ölkələrinin çempionatlarında mövsümünün ən yaxşı bombardiri olan "Real"ın futbolçusu Kriştiano Ronaldoya "Qızıl buts" mükafatı təqdim edilb.

Sport.Az-ın marca.com-a istinadən yaydığı xəbərə görə, portuqaliyalı ulduza mükafat Madriddə verilib.

Mükafatlandırma mərasimindən sonra fikirlərini bildirən K.Ronaldo ona dəstək olan hər kəsə təşəkkür edib:"Komanda yoldaşlarımın köməyi olmadan bu mükafata layiq görülə bilməzdim. Bu cür mükafatlar almaq üçün çalışıram. Çünki mənim üçün fərdi mükafatlar önəmlidir".

Qeyd edək ki, ötən mövsüm La Liqada 31 qol vuran Ronaldonun bu, layiq görüldüyü üçüncü "Qızıl buts" mükafatıdır.Xatırladaq ki, ötən mövsüm oynadığı "Liverpul"da 31 dəfə fərqlənən, hazırda "Barselona"da çıxış edən Luis Suaresə də bu mükafat verilib.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR