Hacı Əliyev ermənini diz çökdürdü

Hacı Əliyev ermənini diz çökdürdü

Minskdə keçirilən 2-ci Avropa oyunlarında güləşçilərimiz də mübarizəyə start verib.
 
Sport7.az xəbər verir ki, idmançılarımızdan ilk meydana çıxan Hacı Əliyev olub. Hacı 1/8 final mərhələsində erməni Valodya Franqulyanla qarşılaşıb. Təmsilçimiz bu görüşdə ermənini məğlub edərək adını 1/4 final mərhələsinə yazdırıb. 
 
Bu gün daha iki güləşçimiz tatami üzərinə çıxacaq. 97 kq çəki dərəcəsində Nurməhəmməd Hacıyev polşalı Radoslav Baranla qarşılaşacaq. Qadınlardan isə İrina Netreba, isveçli Cenni Franssonu məğlub etməyə çalışacaq. 
 
65 kq

1/8 final - Hacı Əliyev - Valodya Franqulyan (ARM) 6:0
1/4 final - Hacı Əliyev


97 kq
 
1/8 final - Nurməhəmməd Hacıyev - Radoslav Baran (POL)


Qadın güləşi

68 kq
 
1/8 final - Irina Netreba - Cenni Fransson (SWE)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR