Hacı Əliyev:

Hacı Əliyev: "Əsas odur ki, vətənimdə erməni güləşçiyə qalib gəldim"

 
Azərbaycana sərbəst güləşdə bürünc medal qazandıran Hacı Əliyev mükafatlandırılma mərasimindən sonra jurnalistlərə fikirlərini bildirib.

Sport7.az həmin fikirləri təqdim edir.

"Hər bir azərbaycanlı idmançı kimi, mənim də arzum I Avropa Oyunlarında qızıl medal qazanmaq idi. Amma təəssüflər olsun ki, qızıl medal qazana bilmədim... Gecə bilirdim ki, erməni güləşçi ilə qarşılaşacağam. Qarşıma məqsəd qoymuşdum ki, bu görüşdə qalib gəlməliyəm. Şükürlər olsun ki, erməni güləşçini məğlub etdim. Sərbəst güləşdə mən və qardaşım erməni güləşçilərlə görüşdük. Düzdü, qardaşım erməni güləşçini məğlub etsə də, növbəti mərhələdə məğlub oldu. Əsas odur ki, vətənimdə erməni güləşçiyə qalib gəldim. Bu, böyük bir uğurdur. Kənardan asan görünsə də, erməni güləşçi ilə qarşılaşmaq məsuliyyətdir. Hamı səndən qələbə gözləyir, məğlub olmaq bir az çətindir”. 
 
Qeyd edək ki, onun qardaşı Yaşar Əliyev də dünən Qarik Bersikyandan üstün olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR