Hacibeqiç Azərbaycanla oyundan danışdı

Hacibeqiç Azərbaycanla oyundan danışdı

"İstədiyimiz nəticəni qazandıq”.

Sport7.az xəbər verir ki, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

Xorvatiyanın Zapreşiç şəhərində millimizin qonağı olan monteneqrolular qolsuz bərabərlik sayəsində xallarının sayını 10-a çatdırıb və son tur öncəsi qrupda 1-ci pilləyə yüksəlib.

Oyunsonrası mətbuat konfransında 63 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yarayırdı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR