"Hakim olan kəs, başqa bir hakimə söyərmi?" - Sabiq referi

"Kəpəz"in 13 yaşlı futbolçulardan ibarət komandasının matçında xoşagəlməz hallar yaşanıb. 

Sport7.az-a daxil olan məlumata görə dünən U-13 liqasında "Azəri TİM"lə  qarşılaşmada "Kəpəz"in 13 yaşlılardan ibarət komandasının baş məşqçisi, sabiq hakim Məhəmməd Məmmədov emosiyalarını saxlaya bilməyib. Oyunun baş hakiminə sərt şəkildə etirazlarını bildirən Məmmədov hətta, məlumata görə onu təhqir də edib. Təbii ki, məsələni dəqiqləşdirmək üçün Məhəmməd bəylə əlaqə saxladıq. 

O, açıqlamasında bunları söylədi: "Bunları sizə kim deyib? Elə bir şey yoxdu. Nə qədər olmasa istəilən oyunda məşqçi əsəbiləşə bilər. Bu o demək deyil ki, oyuna müdaxilə etmişəm. Tərbiyəsiz insan deyiləm, 60 yaşım var. Ömür boyu hakimlik etmişəm. Mən o tərbiyəsiz insanlardan deyiləm. Hakim olan kəs, başqa bir hakimə söyərmi? Narazılıq deyəndə, insandı də. Çətin oyunlardı, bəzən hirslənirsən. Hakimlərlə heç bir problemim yoxdu. Respublikanın ən çətin oyunlarında hakimlik etmiş insanam. Kənardan kimsə nəsə deyirsə, hər şeyə reaksiya verməli deyiləm ki. Bizim vaxtımızda hakimlik başqa idi, çətinliklər yaşayırdıq. İndi dövlət, AFFA tərəfindən qorunurlar. Ağlı başında olan adam hakimlərə qarşı belə hərəkət etməməlidi. İnsanıq də, bəzən dözmürsən, nəyəsə reaksiya verirsən. Ancaq b o demək deyil ki, hakimi söyüb, təhqir etməliyəm. Bu mənə aid olmayan bir şeydi. Ümumiyyətlə oyundakı hakimliyə müdaxilə etmək ixtiyarım yoxdu. Çünki özüm də hakim olmuşam. AFFA nümayəndəsi var, mənlik deyil".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR