Hakimi meydandan qovan kluba AFFA-dan ağır cəza

Hakimi meydandan qovan kluba AFFA-dan ağır cəza
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının son turunda yaşanan hadisələr də müzakirə olunub.
 
Sport7.az xəbər verir ki, Sabirabadda hakimin penalti təyin etməsindən sonra meydandan qovulması da öz qiymətini alıb.
 
Bu insidentlə bağlı qəbul olunan qərar belədir:
 
10 mart 2018-ci il, Region Liqasının, "Gənclik” – "Füzuli” matçının 90+1-ci dəqiqəsində "Gənclik” klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdır. Oyun tam başa çatmadığına görə "Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir. Oyunun 90+1 ci dəqiqəsində "Gənclik” komandasının 7 №-li futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır.
 
Oyunun 90+1-ci dəqiqəsində "Gənclik” klubunun 11 №-li futbolçusu Elman İsgəndərov və 13 №-li futbolçusu Fərid Ağabəyli hakimi təhqir etdiylərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanır.

"Gənclik” klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaqdır.
 
Sport7.az
 

Xəbər lenti