Hakimi söyən və döymək istəyən futbolçular cəzasını aldı

Hakimi söyən və döymək istəyən futbolçular cəzasını aldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda "Regon Liqası", "Gənclər Liqası" və aşağı yaş qruplarından ibarət komandaların çıxış etdikləri liqalarda qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb. 
 
18 fevral, Region Liqasında keçirilməli olan "Uğur” (Sumqayıt) – "Şahdağ” (Quba) oyunu "Şahdağ” (Quba) komandası təyin olunan vaxtda  meydana çıxmadığı üçün baş tutmamayıb. Bu səbəbdən "Şahdağ” (Quba) komandasına 0:3 hesablı məğlubiyyət verilir.(maddə 50)

22 fevral, Region Liqasında keçirilən "İmişli” – "Şamaxı” oyununda "İmişli” komandasının heyətində 9 nömrəli futbolçu Elxan Məmmədov qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41)
 
22 fevral, Region Liqasında keçirilən "İmişli” – "Şamaxı” oyununda qarşılaşmanın 90-cı dəqiqəsində "Şamaxı” komandası heyətində 17 nömrəli futbolçu Rəhman Musayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41)
 
22 fevral, Region Liqasında keçirilən "Alyans” – "Ümid” (Cəlilabad) oyununda "Ümid” (Cəlilabad) komandasının heyətində 3 nömrəli futbolçu Sahib Mirzəyev qarşılaşmanın 85-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
 
22 fevral, Region Liqasında keçirilən "Şahdağ” (Quba) – "Xudat FK” oyununda "Şahdağ” (Quba) komandasının heyətində 6 nömrəli futbolçu Nihad Mahmudov
qarşılaşmanın 87-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47)
Qarşılaşmanın 87-ci dəqiqəsində "Xudat” komandasının heyətində 4 nömrəli futbolçu Telman Ağabalayev aqressiv hərəkətə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalanır.(maddə 37)
 
23 fevral, Region Liqasında keçirilən "Şahdağ” (Qusar) – "İrəvan FK” oyununda "İrəvan FK” komandasının məşqçisi Emin Ələkbərli qarşılaşmanın 72-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırılmış, etirazları kəskin şəkildə davam etdirdiyinə görə 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
 
19 fevral, Gənclər Liqasında keçirilən "Səbail” – "Sabah” oyununda "Səbail” komandasının heyətində 10 nömrəli futbolçu Aydın Ağazadə qarşılaşmanın 72-ci
dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
Oyun bitdikdən sonra "Sabah” komandasının heyətində 4 nömrəli futbolçu Nemət Musayev rəqibləri təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
 
22 fevral, Bakcell U-17 Liqasında keçirilməli olan "Zirə” – "Xəzər Lənkəran” oyunu "Xəzər Lənkəran” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən "Xəzər Lənkəran” komandasına 0:3 hesablı məğlubiyyət verilir.(maddə 50)
 
23 fevral, Bakcell U-17 Liqasında keçirilən "Keşlə” - "Sabah” oyununda "Keşlə” komandasının heyətində 32 nömrəli futbolçu Azər Fərmanov baş hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.(maddə 37)
 
22 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən "Səbail” - "Neftçi” İK İB oyununda "Neftçi” İK İB komandasının heyətində 8 nömrəli futbolçu Nazim Qarayev qarşılaşmanın 32-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
Qarşılaşmanın 72-ci dəqiqəsində "Neftçi” İK İB komandasının köməkçi-məşqçisi Amid Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan  kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.(maddə 41)
 
15 fevral, U-14 Liqasında keçirilən "Sumqayıt” – "Zirə” oyununda "Sumqayıt” komandasının heyətində 8 nömrəli futbolçu Namiq Məmmədzadə qarşılaşmanın 70-ci dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 36)
 
23 fevral, Boulevard Hotel U-15 Liqasında keçirilən "Kəpəz” - "Zirə” oyununda "Kəpəz” komandasının heyətində 6 nömrəli futbolçu Nihad Qəribov qarşılaşmanın 80-ci dəqiqəsində düşüncəsiz davranışa görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
 
16 fevral,  U-14 Liqasında keçirilən "Turan Tovuz” – "Azəri” TİM oyununun 25-ci dəqiqəsində "Azəri” TİM komandasının baş məşqçisi Orxan Verdiyev hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
 
22 fevral, U-14 Liqasında keçirilməli olan UGİM (Bərdə) - ROİL (Qax) oyunu ROİL (Qax) komandası təyin olunan vaxtda meydanda olmadığı üçün baş tutmamayıb. Bu səbəbdən ROİL (Qax) komandasına 0:3 hesablı məğlubiyyət verilir. (maddə 50)
 
23 fevral, Coca-Cola U-13 Liqasında "Şəmkir” Gİİ UGİM – "Turan Tovuz” oyununun 42-ci dəqiqəsində "Şəmkir” Gİİ UGİM komandasının məşqçisi Əli Əhmədov hakimə qarşı nalayiq ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
 
15 fevral, U-11 Liqasında keçirilən "Keşlə” – "Zirə” oyununun 37-ci dəqiqəsində "Zirə” komandasının baş məşqçisi Manaf Kələntərli hakimlər birqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
 
22 fevral, Yüksək qızlar Liqasının "Fidan” (Bakı) - "Keşlə FK” (Bakı) oyununda "Fidan” komandasının heyətində 1 nömrəli futbolçu Ümnisə Əliyeva qarşılaşmanın 61-ci dəqiqəsində qeyri-etik ifadə işlətdiyi görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.(maddə 41)
 
22 fevral, Yüksək qızlar Liqasının "Uğur FK” (Sumqayıt) - "Xırdalan City” (Bakı) oyununda "Uğur FK” (Sumqayıt) komandasının heyətində 14 nömrəli futbolçu Kamilla Məmmədova qarşılaşmanın 73-cü dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.(maddə 37)
 "Xırdalan City” (Bakı) komandasının heyətindəki 8 nömrəli futbolçu Nigar Rzayeva qarşılaşmanın 73-cü dəqiqəsində aqressiv davranışa görə kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.(maddə 37)
 "Xırdalan City” (Bakı) komandasının heyətindəki 7 nömrəli futbolçu Nigar Ağalarova qarşılaşmanın 75-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
 
23 fevral, U-16 Qızlar Liqasının 8№-li RiOEUGiM (Bakı) - "Xırdalan City” (Bakı) oyununda 8№-li RiOEUGiM (Bakı) komandasının heyətində 18 nömrəli futbolçu Nurçin Tarverdizadə qarşılaşmanın 61-ci dəqiqəsində simulyasiya görə ikinci sarı vərəqə aldığına görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.(maddə 47)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR