Hakimi təhqir edənlərə 4 oyunluq cəza

Hakimi təhqir edənlərə 4 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Sport7.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

U-17 Liqasında, "Səbail” – "Neftçi” matçının 43-cü dəqiqəsində "Neftçi”nin futbolçusu Vüqar Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 62-ci dəqiqəsində "Neftçi”nin futbolçusu İlkin Əbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 90+2 və 90+4-cü dəqiqələrində müvafiq olaraq "Neftçi”nin futbolçusu Nihad Qurbanlı və Abbas Abbasov hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanıb.

U-14 Liqasında, "Qarabağ” – "Səbail” matçının 3-cü dəqiqəsində "Qarabağ”ın futbolçusu Tərxan Mehmanlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında, "Zirə” – "Qəbələ” matçının 29-cu dəqiqəsində "Zirə”nin futbolçuları Rza Əliyev, Cavidan Bilalzadə və "Qəbələ”nin futbolçusu Nuğay Rəşidov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər bir futbolçu  4 oyun cəzalanıb. Oyunun 51-ci dəqiqəsində "Zirə”nin futbolçusu Məhəmməd Yəhyayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında, "Autizmlilər” İK – "Mançester Yunayted” matçında "Autizmlilər” komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında, "Xətai” klubunun futbolçusu İslam Kazımovun sənədlərinin saxta olması aşkarlanıb. İntizam Komitəsi bunu nəzərə alaraq futbolçunun iştirak etdiyi aşağıda göstərilən oyunlara 0:3 hesablı texniki məğlubiyyət verib.

U-12 Liqası: İsgəndər Cavadov BFA - Xətai FK
U-12 Liqası: Xətai FK - Zirə PFK

Azərbaycan həvəskarlar liqasında, "Balaxanı” – "Bərdə” matçında "Bərdə”nin futbolçusu İlkin Fərhadov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.
 
Sport7.az

Xəbər lenti