Hakimi vuran futbolçu məhkəməyə çıxacaq (FOTOLAR, VİDEO)

Hakimi vuran futbolçu məhkəməyə çıxacaq (FOTOLAR, VİDEO)

Maltanın futbol üzrə II Divizionunda "Orata Yus" və "Sannat Layons" komandaları arasındakı qarşılaşma sonadək oynanılmayıb.

Sport7.az xəbər verir ki, buna "Sannat Layons"un oyunçusu Antuan Kamillerinin hakimə hücum etməsi səbəb olub. İnsident referinin ikinci sarı vərəqə ilə futbolçunu meydandan qovmasından sonra baş verib. Qərardan narazı qalan Kamilleri ədalət təmsilçisinə hücum etməyə çalışıb. İşə komanda yoldaşları qarışıblar. Onlar aqressiv hərəkətə imkan verməyiblər.

Bütün bunlara baxmayaraq Kamilleri meydanı tərk edərkən yan xətt hakiminin sifətinə iki zərbə endirib. Bundan sonra oyunçu polisin müşayiəti ilə paltardəyişmə otağına yollanıb. O, stadionu qandalla tərk edib.
 
Antuan Kamilleri bu gün məhkəmə qarşısına çıxarılacaq. Artıq Malta Futbol Federasiyası onun hərəkətini pisləyib. 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR