Hakimlər Komitəsinin sədri istefa verdi

Hakimlər Komitəsinin sədri istefa verdi
Türkiyə Futbol Federasiyasının nəzdindəki Mərkəzi Hakim Komitəsinin sədri Yusuf Namoğlu tutduğu postdan istefa verib.

"TRT Spor" telekanalına açıqlama verən Namoğlu ərizəsini federasiya rəhbərliyinə təqdim edəcəyini bildirib:

"İstefa ərizəmi sabah Türkiyə Futbol Federasiyasına təqdim edəcəm. Ayrılacağımı artıq bəyan etmişəm. Türk futboluna daha yaxşı xidmət göstərmək üçün belə bir qərar vermişəm".

Sözügedən postun sabiq sədr Kuddusi Müftüoğluna həvalə olunacağı gözlənilir.

Sport7.az

Xəbər lenti