Hakimləri söyən baş məşqçilər cəzalarını aldı

Hakimləri söyən baş məşqçilər cəzalarını aldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Region Liqası, o cümlədən aşağı yaş qruplarından ibarət komandaların çempionatına həsr olunan hissəsində qaydaları pozanlar haqda bu qərarlar qəbul edilib. 
 
08 dekabr 2019-cu il, Region Liqasının, "Şamaxı” – "Mil” FK matçının 55-ci dəqiqəsində "Şamaxı” klubunun 18 №-li futbolçusu Təmraz Əmircanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).
Oyunun 55-ci dəqiqəsində "Mil” FK klubunun 20 №-li futbolçusu Orxan Əliyevin kobud oynadığına görə 2 oyun cəzalanır (maddə 36.1).
 
08 dekabr 2019-cu il, Region Liqasının, "Şəki” – "Oğuz” matçının 34-cü dəqiqəsində "Oğuz” klubunun 17 №-li futbolçusu Samir Əliyev hakimə qarşı təhqiredici işlətdiyinə görə 4 oyun cəzalanır  (maddə 41.3).
Oyunun 90+2-ci dəqiqəsində "Oğuz” klubunun 14 №-li futbolçusu Elnur Qafarov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).
 
08 dekabr 2019-cu il, Region Liqasının, "Neftçala” – "Alyans” matçının 14-cü dəqiqəsində "Neftçala” klubunun 20 №-li futbolçusu Emil Tağıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 37.2).
Oyunun 41-ci dəqiqəsində "Alyans” klubunun 7 №-li futbolçusu Kamran Abdullazadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 86-cı dəqiqəsində "Alyans” klubunun 3 №-li futbolçusu Cəmil Rəhimli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
 
05 dekabr 2019-cu il, Region Liqasının, "Babək” – "Əlincə” matçında "Babək” klubunun 67 №-li futbolçusu Zaman Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
05 dekabr 2019-cu il, U-16 Liqasının, "İsgəndər Cavadov BFA” – "Sumqayıt” matçının 60-cı dəqiqəsində "İsgəndər Cavadov BFA” klubunun 9 №-li futbolçusu Ruslan Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 68-ci dəqiqəsində "Sumqayıt” klubunun 11 №-li futbolçusu Mübariz Hüseynzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 82-ci dəqiqəsində "İsgəndər Cavadov BFA” klubunun 4 №-li futbolçusu Uğur Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
08 dekabr 2019-cu il, U-14 Liqasının, "Füzuli” – "Ağsu” matçının 55-ci dəqiqəsində "Füzuli” klubunun 23 №-li futbolçusu Etibar Hüseynzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
08 dekabr 2019-cu il, U-14 Liqasının, "Leon” FK – "Xətai” FK matçının 55-ci dəqiqəsində "Xətai” klubunun 7 №-li futbolçusu Miraqşin Abasovun sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
07 dekabr 2019-cu il, U-14 Liqasının, "Neftçi” PFK – "Səbail” FK matçının 70+3-cü dəqiqəsində "Səbail” klubunun 7 №-li futbolçusu Mirşahbaz Şahbazovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
08 dekabr 2019-cu il, Coca Cola U-13 Liqasının, "Gəncə TİM” – "TİM Gəncə” matçının 19-cu dəqiqəsində "TİM Gəncə” klubunun baş məşqçisi Ceyhun Tanrıverdiyevin hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.4).
 
23 noyabr 2019-cu il, U-12 Liqasının, "Kəpəz” PFK – "Qoşqar UGİM-2” matçında "Qoşqar UGİM-2” komandası iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
08 dekabr 2019-cu il, U-12 Liqasının, "Fireland Football Club” – "Neftçi İK İB” matçında "Fireland” klubunun 10 №-li futbolçusu Okan Musalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
07 dekabr 2019-cu il, U-12 Liqasının, "Məhsul” – "UGİM” (Neftçala) matçının 36-cı dəqiqəsində "Məhsul” klubunun baş məşqçisi Elçin Əsgərov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.4).
 
07 dekabr 2019-cu il, U-12 Liqasının, "UGİM”(Xocavənd) – "Azəryol Bəhramtəpə” matçında UGİM klubunun lisenziyaları təqdim etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
08 dekabr 2019-cu il, U-12 Liqasının, "Təhsil” (Saatlı) – "Şirvan” matçının 24-cü dəqiqəsində "Təhsil” klubunun 11 №-li futbolçusu Kamal Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.3).
 
08 dekabr 2019-cu il, U-11 Liqasının, "Veqa” – "Əlincə” matçında "Əlincə” komandası iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
08 dekabr 2019-cu il, U-11 Liqasının, "Uğur” – "Ərgünəş” matçı başa çatdıqdan sonra "Ərgünəş” klubunun baş məşqçisi Firdovsi Mehralıyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.4).
 
30 noyabr 2019-cu il, U-13 Qızlar Liqasının, "Balakən” – "Zaqatala” matçında "Zaqatala” komandasanın heyətində yetərsay limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR