Hakimləri söyən klub prezidenti cərimələndi

Hakimləri söyən klub prezidenti cərimələndi
"Latsio"nun prezidenti Klaudio Lotito cərimələnib. 

Sport7.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. 

Xəbərə görə, o, İtaliya A Seriyasının XIX turunda "Torino" (1:1) ilə matçda hakimlər briqadasını təhqir edib. 

29 dekabr tarixində baş tutan matçda 61 yaşlı klub rəhbəri soyunub-geyinmə otağına gedərək hakimləri təhqir edib. 

Bu səbəbdən İntizam Komitəsi Lotitonu 10 min avro dəyərində cəriməyə məruz qoyub. 

Qeyd edək ki, "Latsio" 19 turdan sonra 32 xalla 4-cü sırada qərarlaşıb. 
 
Sport7.az

Xəbər lenti