Hakimləri təhqir etdi, 4 oyunluq getdi

Hakimləri təhqir etdi, 4 oyunluq getdi

İntizam Komitəsinin futzal liqalarındakı oyunların son turları ilə bağlı iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda qaydaları pozanlarla bağlı aşağdakı qərarlar çıxarılıb. 
 
2 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın "Ayax Baku” – "Qarabağ Füzuli” matçının 23-cü dəqiqəsində "Qarabağ Füzuli” klubunun 17 №-li futzalçısı Coşqun Süleymanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

2 noyabr 2019-cu il, futzal üzrə İkinci Liqanın "Borçalı” – "Bədr FK Xocalı” matçının 15-ci dəqiqəsində "Borçalı” klubunun 92 №-li futzalçısı Asif İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
Oyunun 26-cı dəqiqəsində "Bədr FK Xocalı” klubunun 7 №-li futbolçusu Ceyhun Mürşüdlü aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 37.2).
 
31 oktyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Neftçi İK” – "Baku Fire” matçının 11-ci dəqiqəsində "Neftçi” klubunun 4 №-li futzalçısı Oruc Baxşəlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
Oyunun 12-ci dəqiqəsində "Baku Fire” klubunun 1 №-li futbolçusu Zalış Səmədzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
"Neftçi İK” klubunun heyətində protokolda adı olmayan futzalçı istirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 50).
 
31 oktyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın "Xızı Futzal” – "Yasamal İSK” matçının 9-cu dəqiqəsində "Yasamal İSK” klubunun 8 №-li futzalçısı Kamran Nəcəfzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 36-cı dəqiqəsində "Xızı Futzal” klubunun 11 №-li futzalçısı Murtuza Cahandoost ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
1 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın "Yasamal İSK-2” – "Ulduz” matçının 26-cı dəqiqəsində "Yasamal İSK-2” klubunun 41 №-li futzalçısı Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR