Hakimlərimiz laktat testi verdi

Hakimlərimiz laktat testi verdi

Azərbaycan Premyer Liqası və I Divizion hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.

Sport7.az AFFA-nın rəsmi saytına xəbər verir ki, "Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində təşkil olunmuş toplanışın əsas hissəsi nəzəri biliklərə həsr olub. 

Təlimlərə rəhbərlik edən Kiros Vassaras hər iki qrup üçün məşqlər keçib. Məşqlər müxtəlif mövqelərdən quraşdırılımış videokameralar vasitəsilə qeydə alınıb. Daha sonra hakimlərin müsbət və mənfi tərəfləri qeydə alınmış videogörüntülər vasitəsi ilə onlara izah olunub.

Toplanış çərçivəsində hakimlər yenidən laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Koordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə verilmiş fərdi məşq planının hansı səviyyədə yerinə yetirildiyi, əvvəlki testlə müqayisədə inkişafın olub-olmaması müəyyənləşdirilib. 

Qeyd edək ki, laktat testi Taro Netser və Frits Ştuxlik tərəfindən həyata keçirilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR