Hakimlərimiz qış fasiləsində toplanışa yollanacaqmı? - AFFA-dan açıqlama

Hakimlərimiz qış fasiləsində toplanışa yollanacaqmı? - AFFA-dan açıqlama

Hakimlər Komitəsinin yeni tərkibi və rəhbəri müəyyənləşəndən sonra Azərbaycan futbolunda hakimliyin inkişafına da ümid yaranmışdı. Ancaq belə demək mümkünsə, Fritz Ştuxlikin gəlişindən sonra hakimliyin durumu daha da betər olub. Təbii ki, bunun ən başlıca səbəblərindən biri AFFA-nın hakimlərə yetəri qədər hazırlıq imkanı yaratmamasıdı. Fritzin gəlişindən sonra hakimlər nə yay, nə də qış toplanışı üçün xaricə yollanıblar. Fasilə dönəmində yalnız nəzəri məşğələlər keçilir ki, şübhəsiz bu da kifayət etmir. Nəticədə hakimlərimiz bir çox oyunlarda adi vəziyyətlərdə belə uşaq səhvlərinə yol verir. Bəs bu dəfə vəziyyət necə olacaq? Qış fasiləsi zamanı xaricdə toplanış nəzərdə tutulubmu? 

Bu haqda məlumat əldə etmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq. Firuz bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Bu məsələ yaxın günlərdə müəyyənləşməlidi. Çünki Ştuxlik gələcək planlarla bağlı rəhbərliklə danışacaq. Yaxın günlərdə məsələyə aydınlıq gələcək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR