Hakimlərimiz seminarda

Hakimlərimiz seminarda

Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt təlim-məşq bazasında hakimlər üçün seminar keçirilib. 

Sport7.az xəbər verir ki, cüdo ictimaiyyətinin nümayəndələri, beynəlxalq dərəcəli referilərin, federasiya rəsmiləri və gənc hakimlərin iştirak etdiyi seminar nəzəri və praktiki hissədən ibarət olub. Sumqayıt şəhərində yeni istifadəyə verilmiş zalda cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb. 

Qeyd edək ki, azərbaycanlı beynəlxalq dərəcəli hakimlər Mətin Rəhimli və Fariz Hüseynov gələn həftə Avstriyanın Mittersil şəhərində keçiriləcək seminara qatılacaqlar. 
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR