Hakimlərimiz üçün yenilik - kateqoriyaya bölünəcəklər

Hakimlərimiz üçün yenilik - kateqoriyaya bölünəcəklər

Bu mövsümdən etibarən azərbaycanlı hakimlər üç kateqoriyada fəaliyyət göstərəcək.

Sport7.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik Azərbaycan Radiosuna verdiyi açıqlamada deyib. O bununla  bağlı "Elit, 1-ci və 2-ci kateqoriya. Elit kateqoriyada olanlar Premyer Liqaya təyinat alanlardır. 1-ci kateqoriyada olanlar divizionun oyunlarında əsas söz sahibi olacaq. 2-ci kateqoriyada olan hakimlər isə 19 yaşlı və daha aşağı yaş qrupunun matçlarına təyinat alacaq. Onların arasında yetərincə təcrübəsi olan, amma Premyer Liqa oyunlarını idarə etməyənlər də var. Həmin oyunlar hakim-inspektorlar tərəfindən izləniləcək və mənə hakimlər haqqında raportlar təqdim olunacaq" ifadələrini işlədib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR