Halep

Halep "Vimbldon" kubokunu həmşəhərlilərinə nümayiş etdirdi (FOTO)

"Vimbldon"un qalibi Simona Halepin doğma şəhəri - Konstansada çempionluq paradı keçirilib.

Halepi daşıyan ikimərtəbəli avtobus mərkəzi meydan boyunca hərəkət edib. Rumın tennisçi trofeyi meydana toplaşan həmşəhərlilərinə nümayiş etdirib.

Qeyd edək ki, Halep finalda Serena Vilyamsı məğlub edərək karyerasının ilk "Vimbldon", ümumilikdə isə ikinci "Böyük dəbilqə" titulunu qazanmışdı.




 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR