Halle (ATP): Federer yarımfinalda, Zverev mübarizəni dayandırdı

Halle (ATP): Federer yarımfinalda, Zverev mübarizəni dayandırdı

Almaniyanın Halle şəhərində keçirilən "Noventi Open" turnirində yarımfinalçılar müəyyənləşib.

Rocer Federer 2 saata yaxın davam edən oyunda Roberto Bautista-Aquta qalib gəlib. Dünya 5 nömrəsi Aleksandr Zverev David Qoffenlə bacarmayıb.

Ötənilki çempion Borna Çoriç ikinci setdən əvvəl oyundan imtina etdiyi üçün mübarizəni dayandırıb. Pyer-Uq Erber yarımfinala yüksəlib. Mərhələ adlayanlar sırasında Karen Xaçanova set verməyən Matteo Berrettini də var.


Noventi Open (ATP 500)

Halle, Almaniya

1/4 final

Matteo Berrettini (İtaliya) - Karen Xaçanov (Rusiya) - 2:0 (6:2, 7:6)

David Qoffen (Belçika) - Aleksandr Zverev (Almaniya) - 2:1 (3:6, 6:1, 7:6)

Pyer-Uq Erber (Fransa) - Borna Çoriç (Xorvatiya) - 1:0 (7:5, 0:0 - Çoriç imtina edib)

Rocer Federer (İsveçrə) - Roberto Bautista-Aqut (İspaniya) - 2:1 (6:3, 4:6, 6:4)


Yarımfinalda Federer Erberlə, Qoffen isə Berrettini ilə qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR