"Halle-Gooik"in baş məşqçisi: "Matça fərqli hazırlaşmışdıq"

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirən "Araz” – "Halle-Gooik” oyunundan sonra belçikalıların baş məşqçisi Fernando Maciel Goncalves fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Alesio ilə bir-birimizi illər əvvəldən tanıyırıq. Onun nəyə qadir olduğunu bilirəm. Buna görə də qarşılaşmanın çətin keçəcəyini bilirdim. Matça fərqli hazırlaşmışdıq. Hesaba baxmayaraq, həqiqətən də gərgin və çətin oyun alındı. Qarşılaşmanı xeyrimizə dəyişməyi bacardıq. Təbii ki, uğurlu başlanğıcın davamını "Xerson”la matçda da gətirməliyik. Çətin olacaq, amma bacarmağa çalışacağıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR