Hansı klublarımızın legionerləri öz vətənlərinə gedib? - AÇIQLAMA

Hansı klublarımızın legionerləri öz vətənlərinə gedib? - AÇIQLAMA

Artıq dünya ölkələrinin böyük hissəsində tüğyan edən koronavirus Azərbaycan futbolundan da yan keçmədi. İki tur təxirə salındı, klublarımız fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Bəs ölkəmizdə çıxış edən legionerlərlə bağlı məsələlər nə yerdədi. Öz ölkələrinə, ailələrinin yanına dönənlər varmı? Yaxud, qarşıdakı günlərdə belə bir planı olanlar kimlərdi?

Məsələ ilə bağlı bəzi klub rəsmiləri ilə danışdıq. Klub nümayəndələri Sport7.az-a açıqlamasında bunları söylədi: "

Rüstəm Allahverdiyev, "Neftçi"nin mətbuat katibi: "Komandamıəzdan heç kim, heç yerə getməyəcək. Çünki qeyri-müəyyənlik hökm sürür. Ölkənin sərhədləri bağlıdı. Ona görə də heç kim getməyib. Hazırda bütün futbolçular evlərindədi və sonrakı qərarı gözləyirlər. Sərhədlər bağlanmamışdan əvvəl də heç kim bilet almamışdı".

Murad Axundov, "Keşlə"nin mətbuat katibi: "Yalnız Stanislav Namşko öz ölkəsinə getmək istəyirdi. Digərləri Azərbaycanda qalacaqlar. Bu gün axşamüstü qərar veriləcək. Düşünmürəm ki, Namaşkoya hər hansı məhdudiyyət qoyulsun. İş günün sonunda bu barədə qərar veriləcək. Martın 21-də bizdə Novruz bayramı ərəfəsində sonuncu oyun olmalı idi. Daha sonra aprelin 4-də oyunumuz vardı. Turlar təxirə salındı. Aprelin 14-nə qədər ümumiyyətlə heç nə etməyə icazə verilmir. Biz də yekun qərarı gözləyirik. Əslində Namaşko üçün biletlər də alınmışdı. İndi bilmirəm necə olacaq. Bu haqda konkret məlumat verə bilmirəm. Digər legionerlər isə Bakıda qalmalı idi".

Zaur Həşimov, "Zirə"nin baş məşqçisi: "Xeyr, komandamızdan heç kim ölkəsinə getməyib. Getmək istəyən, müraciət edən olmayıb. Hazırda qeyri-müəyyənlikdi. 3 günlük istirahətə buraxmışam futblçuları. Sabah qəti qərar verəcəyik. Məşq meydançaları ilə bağlı problemlər də var".

Elnur Həmidov, "Sabah"ın mətbuat katibi: "İndiki halda ölkəsinə qayıdan yoxdu. Amma gedən olacaq, ya yox bu məsələ hələ ki dəqiqləşməyib. Məşqlər təxirə salınıb. Ölkəsinə getməklə bağlı legionerlərdən müraciət edən olmayıb. Hazırda bütün futbolçularımız Bakıdadı".

Töhrə Əhmədova, "Səbail"in mətbuat katibi: "Xeyr, legionerlərimizin hamısı Bakıdadı. Heç yerə getməyiblər. Evdən çölə çıxmırlar". 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR