Harri Keyn haqda şok gerçəklik

Harri Keyn haqda şok gerçəklik
İngiltərə Premyer Liqasına damğasını vuran Harri Keyn haqqında illər sonra ortaya çıxan maraqlı məqam hər kəsi təəccübləndirib.
 
Sport7.az xəbər verir ki, "Arsenal"ın sabiq aşağı yaş qrupları üzrə məşqçisi Liam Bardi hələ 8 yaşında larkən yoxladıqları Keyni artıq çəkili olduğu üçün komandaya qəbul etmədiklərini açıqlayıb. Bundan sonra "Tottenhem"in aşağı yaş qruplarına keçən ingilis hücumçu məhz burda futbol həyatına başlayıb. Ulduz olmaq üçün bu yolda qarşısına çıxan "pilləkənləri tək tək keçərək" məhz "Tottenhem" sayəsində hazırkı səviyyəsinə çatıb.
 
A Seriyasında "Napoli"dən bir xal geri qalan və 2-ci sırada yer alan "Yuventus"un Keyni transfer etmək istədiyi ortaya çıxıb. Hücumçu bu mövsüm meydana çıxdığı 33 matçda 32 qol vurub.

Xəbər lenti