Haydar Vaqifin

Haydar Vaqifin "Boluspor"da ilk qoluna mane oldu... - VİDEO

Milli komandamızın hücumçusu Vaqif Cavadovun formasını geydiyi "Boluspor" doğma azarkeşləri önündə "Alanyaspor"la qarşılaşıb.

Sport7.az xəbər verir ki, qonaqlar 3 xalı vurduqları 3 cavabsız qolla qazanıblar.

Baş məşqçi Reha Erginer Vaqifin xidmətinə məhz buraxılan 3 qoldan sonra ehtiyac duyub. Futbolçumuz 58-ci dəqiqədə kamerunlu Mark Kibonq Mbambanı əvəzləyib. Cavadovun 82-ci dəqiqədə fərqlənmək imkanı da olub. Ancaq onun cərimə meydançasından kənardan vurduğu qüvvətli zərbəni rəqib qapıçı Haydar Yılmaz dəf etməklə Vaqifin "Boluspor"da ilk qolunu vurmasına mane olub.

Yeri gəlmişkən, bu matçın 66-cı dəqiqəsində Vaqifin komanda yoldaşı Kənan Şahin ikili mübarizə zamanı kəllə-beyin travması alaraq huşunu itirib. Həmin vaxt oyun 6 dəqiqəlik dayanıb. Oyunçu dərhal xəstəxanaya yerləşdirilib və bundan sonra matç davam etdirilib.

Qeyd edək ki, "Boluspor" turnir cədvəlində XI pillədə qərarlaşıb.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR