"Hazırda belə bir şey mümkün deyil" - Quardiolanın agenti "Bavariya" iddialarını təkzib etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın mövsümün sonunda "Bavariya"ya qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı.

Son olaraq katalon çalışdırıcının agenti Jozep Mariya Orobitq iddiaları təkzib edib:

"Pep Mançesterdəki hər şeydən razıdı. Onun klubla 2021-ci ilə qədər müqaviləsi var. Agentlər, klub rəsmiləri... - Quardiolanın Almaniyaya qayıdışı ilə bağlı heç kimlə danışmamışam.

Pepin Münhenlə bağlı xoş xatirələri var. O, hələ də oradakı dostları ilə münasibətlərini qoruyub saxlayır. Amma Pep heç vaxt məşqçi kimi Bundesliqada yenidən çalışmaq istəyini dilə gətirməyib.

Yayda "Yuventus" iddiaları ortaya çıxanda dediyimiz kimi, hazırda belə bir şey mümkün deyil. Quardiola həmişə müqavilədəki öhdəliklərini yerinə yetirməyə çalışır. Buna görə də iddiaları təkzib edirəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR