"Hazırda bu haqda fikirləşmirik" - Anar Hacıyev

Sabah Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" Bakıda "Panatinaikos"la cavab qarşılaşmasına çıxacaq. 

Sport7.az xəbər verir ki, Yunanıstanda rəqibinə 0:1 hesabı ilə məğlub olan bölgə təmsilçisinin revanş hazırlıqları, o cümlədən bilet satışı ilə bağlı son məlumatı öyrəndik. Bu üzdən klubun mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq. Anar bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Hazırlıqlarımız normal şəkildə davam edir. Heç bir problemimiz yoxdu. Bu gün hazırlığın son prosesini gəlib "Bakcell Arena"da görə bilərsiz. Qeyri-adi bir şey yoxdu. Cəzalılarımız yoxdu. Köhnə oyunlardan isə zədəlilər var. Tellur mütəllimovla Ruslan Qurbanov oyunu buraxmalı olacaq. Başqa itki yoxdu, hər şey normaldı.

Son məlumata görə satılan biletlərin sayı 5 mini keçib. 

"Qəbələ" növbəti mərhələyə keçərsə, premyer-liqa oyununun təxirə salınması prosesinin olub-olmayacağı dəqiq deyil. Ümumiyyətlə hazırda bu haqda fikirləşmirik. Bütün diqqətimiz "Panatinaikos"la oyuna yönəlib.  Bu oyundan sonra premyer-liqa haqda düşnəcəyik. Yalnız oyundan sonra bu haqda müzakirələr gedə bilər. Hələ ki, heç bir fikir mübadiləsi aparılmayıb".

Sport7.az

Xəbər lenti