"Hazırda ən yaxşı qapıçılardan biriyəm" - Kurtua

"Real"ın qolkiperi Tibo Kurtua haqqında çıxan tənqidlərə cavab verib:

"İstedadımı və hazırkı çıxışımı nəzərə alaraq əminliklə deyə bilərəm ki, hazırda ən yaxşı qapıçılardan biriyəm. Buna görə də tənqidlərə məruz qalıram. La Liqada cəmi 7 qol buraxmışam. Hazırda formadayam.

Qəzetləri oxumuram. Professional biri olaraq məşqçilər, komanda yoldaşlarım və qapıçılıqla bağlı anlayışı olan insanların fikirlərinə hörmətlə yanaşıram.

Kimisə qol buraxdığına görə tənqid etmək çox asandı. Mən sakitliyimi qoruyuram və məşqlərimə davam edirəm. Heç vaxt öz bacarığıma şübhə ilə yanaşmamışam. Özümə olan inamı itirsəm, yəqin ki, bu, mənim ən böyük səhvim olar. "Real" kimi bir klubda oynayan futbolçuların üzərində daim təzyiq olur. Bu, mənim üçün problem deyil".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR