"Hazırda "Liverpul", "Barselona" və "Real" kimi komandalarla mübarizə apara bilmirik" - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Quadiola komandasının hazırkı vəziyyəti haqda danışıb:

"Liverpul", "Mançester Yunayted", "Barselona", "Real", "Yuventus" - bunlar oynamalı olduğumuz komandalardılar. Hazırda onlarla mübarizə apara bilmirik. Reallıq bundan ibarətdi. Bunu qəbul etməli və daha yaxşı olmalıyıq. 

Səhvlərimizə, rəqiblərin səviyyəsinə və nəzarətimiz altında olmayan bəzi şeylərə görə "Liverpul"dan 14 xal geri qalırıq. Amma yolumuza davam etməkdən başqa çıxış yolumuz yoxdu.

Dekabr ayının əvvəlləridi. Çıxışımızı davam etdirməli olduğumuz başqa turnirlər də var. Nə Çempionlar Liqasında çempionluq barədə düşünürük, nə də çempionatın qalibi olmaq üçün rəqiblərimizin xal itkilərini hesablayırıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR