"Meydançamız final oyununa hazır olacaq" - "Qəbələ" stadionunun direktoru

Mayın 28-də Azərbaycan Kubokunun finalı keçiriləcək. 

"Qəbələ" ilə "Keşlə" arasında keçiriləcək matça həm PFL, həm də "Qəbələ" stadionunda hazırlıqlar davam edir. Son yeniliklərlə bağlı Qəbələ şəhər stadionunun direktoru Mübariz Əhmədovla danışdıq. 

Əhmədov Sport7.az-a açıqlamasında bunları söylədi:

"Hazırda ot örtüyü üzrə mütəxəssislər çalışırlar. Əslində meydança hazırdı. Sadəcə, çalışırlar bir qədər də diqqətli olsunlar ki, daha yaxşı alınsın. Meydançanın bərpası, artıq otlardan təmizlənməsi işləri gedir. 

Yenilik olub-olmayacağı ilə bağlı bizə bir söz deyilməyib. Yəqin ki, PFL əməkdaşları bu haqda fikirləşəcəklər. Kubokla bağlı konsert olacaq. Ona hazırlıqlar davam edir. Bəzi məsələlərdə bizdən kömək istəyiblər. 

Yer məsələləri ilə bağlı məlumatım yoxdu. Yəqin ki, bu klublar arasında həll olunacaq. Bizə dəqiq məlumat verilməyib.

Təhlükəsizliklə bağlı yerli hüquq-mühafizə orqanları bu işdə kifayət qədər təcrübəlidi. İnanmıram Bakıdan hansısa köməyə ehtiyac olsun. Kifayət qədər təcrübə keçirilib. Bu PFL-in tədbiridi, hər-halda təhlükəsizlik tədbirlərinə xüsusi önəm veriləcək. 

PFL-dən çəkilişlə bağlı rejissorlar zəng vurub. Bəzi istəkləri olacaq. Nümayəndələrimizlə əlaqə saxlanılıb, özləri gəlib yerində tanış olacaqlar"

Sport7.az

Xəbər lenti