Hazırlaşın – Toplanış keçməyən hakimlər oda atılır

Hazırlaşın – Toplanış keçməyən hakimlər oda atılır

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik ötən həftə Bakıya gəlsə də, mövsümöncəsi təlim-məşq toplanışından xəbər yoxdu.

Premyer Liqanın avqustun 21-də başlayacağını nəzərə alsaq, ədalət təmsilçiləri bu məsələdə gecikir.

Bununla bağlı "Futbol+” qəzetinin əməkdaşları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb.

AFFA rəsmisi hakimlərin toplanışın olmayacağını söyləyib: "Hakimlər gündəlik məşqlərlə kifayətlənəcəklər. Onlar üçün təlim-məşq toplanışı olmayacaq. Ədalət təmsilçiləri bu həftə ərzində hər gün, gələn həftə cəmi 5 gün məşq edəcəklər. Premyer-liqa başlayandan sonra isə həftədə üç dəfə Stuxlikin rəhbərliyi altında məşqə çıxacaqlar”.
 
6 aya yaxındı oyun idarə etməyən, təlim-məşq toplanışı keçməyən, koronavirus pandemiyası səbəbindan maddi sıxıntılar içində yaşayan hakimlərimizin Premyer Liqa oyunlarında hansı səviyyəli idarəçilik göstərəcəyini indidən təxmin etmək çətin deyil. Kaş ki, bu ehtimalımız doğrulmasın.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR