Həbib karyerasını bitirdi

Həbib karyerasını bitirdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

Sport7.az xəbər verir ki, idmançı bu barədə Rusiya mətbuatına danışıb. O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib.
 
Nurməhəmmədov Qetjiyə qalib gələrək yüngül çəkidə çempionluq titulunu qoruyub. Döyüş ikinci raundda 31 yaşlı dağıstanlının boğucu fəndlə qalibiyyəti ilə başa çatıb. Bu, Nurməhəmmədov üçün professional karyerasında 29-cu ardıcıl qələbə olub.

Karyerasında keçirdiyi bütün döyüşlərin hamısından qələbə ilə ayrılan Nurməhəmmədov açıqlamasında bunları söyləyib: "Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi".

Daha əvvəl Mütləq Döyüş Çempionatının yüngül çəkidə rusiyalı kəmər sahibi idmandan nə vaxt gedəcəyi barədə danışıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR