Həbib - Ferqyuson döyüşü baş tutmayacaq - Nurməhəmmədov təsdiqlədi

Həbib - Ferqyuson döyüşü baş tutmayacaq - Nurməhəmmədov təsdiqlədi

UFC 249 çərçivəsində 18 apreldə keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü baş tutmayacaq.

Sport7.az xəbər verir ki, Həbib Nurməhəmmədov instaqram hesabı vasitəsilə məlumatı təsdiqləyib. Rus döyüşçü koronavirus pandemiyasının yayıldığı dönəmdə həyatını riskə atmaq niyyətində olmadığını qeyd edib:

"Evdə oturmuşam, karantindəyəm və insanların döyüşümlə bağlı fikirlərini oxuyuram. Belə çıxır ki, bütün dünyanın karantin vəziyyətində olduğu, hökumətlərin xəstəliyin yayılmasının qarşısını almaq üçün insanları təhlükəsizlik qaydalarına riayət etməyə çağırdığı bir dönəmdə Həbib hər şeyi bir kənara atmalı, iradə nümayiş etdirməli və dünyanın bir ucundan digərinə uçaraq döyüşə görə həyatını riskə atmalı imiş...

Hər şeyi başa düşürəm və döyüşün ləğv olunmasına görə ən azı sizin qədər məyusam. Başqaları kimi, mənim də döyüşlə, döyüşdən sonra ilə bağlı planlarım var idi, amma hər şeyə nəzarət edəcək qədər gücüm yoxdu.

Supergüclər və dünyanın ən böyük şirkətləri baş verənlərə görə şokdadılar. Hər gün vəziyyət daha da gözlənilməz forma alır. Amma belə bir vəziyyətdə Həbib döyüşməli idi, hə? Özünüzü qoruyun və özünüzü mənim yerimə qoymağa çalışın".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR