Həbib karyerasını bərpa edir

Həbib karyerasını bərpa edir

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov bu gün karyerasını bərpa etdiyini açıqlayacaq.

Sport7.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt rəsmi tvitter hesabında bildirib.

Uayt yanvarın 15-də Nurməhəmmədovla görüşüb. Onlar idmançının karyerasını bərpa etmək imkanlarını müzakirə ediblər.

UFC prezidentinin sözlərinə görə, döyüşçü Bakı vaxtı ilə saat 00:00-da qərarını rəsmən elan edəcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb. O, 2020-ci il oktyabrın 25-də karyerasını bitirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR