Həbib Nurməhəmmədov serial üçün İstanbula yollandı - VİDEO

Həbib Nurməhəmmədov serial üçün İstanbula yollandı - VİDEO

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İstanbula səfər edib.
 
Sport7.az xəbər verir ki, o, TRT 1 kanalında yayımlanan "Diriliş Ertuğrul" serialının çəkiliş prosesini izləmək üçün Türkiyəyə yollanıb. 
 
Bu barədə idmançı sosial şəbəkədəki hesabında yazıb. Serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altanla görüşən Həbib "Sanki mən də mövzunun içindəyəm" deyə  duyğularını bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR