Həbib Nurməhəmmədovun qazancı açıqlandı

Həbib Nurməhəmmədovun qazancı açıqlandı

MMA üzrə UFC-nin məğlubedilməz çempionu Həbib Nurməhəmmədovun karyerası ərzində qazandığı vəsait bəlli olub.

Sport7.az xəbər verir ki, amerikalı Castin Qetji üzərində qələbədən sonra karyerasını başa vurduğunu açıqlayan rusiyalı 10 milyon dollar mükafat əldə edib.

Bu, televiziyadan alınan bonuslar və ödənişli yayımların satışı nəzərə alınmamaqla hesablanıb. İlk döyüşünü 2013-cü ildə iranlı Kamal Şalorusa qarşı keçirən Həbib 10 min dollar və eyni qədər bonus alıb. Castinlə son döyüş isə ona 3 milyon və əlavə 90 min dollar bonus qazandırıb.

32 yaşlı Nurməhəmmədov ümumilikdə 29, UFC-də 13 döyüş keçirib və hamısında qalib gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR